Azərbaycan, Bakı, Bülbül pr. 65 C

Port Baku Bazar

"Port Baku Bazar" market 2014 - cü ilin aprel ayından yerli bazarda ticarət və pərakəndə satış fəaliyyətinə başlamışdır. Biznes fəaliyyətinə "Port Baku Bazar" ticarət markası ilə başlayan şəbəkə 2014-cü ilin aprel ayında özünün ilk layihəsini reallaşdırmışdır. Uğurlu investisiya siyasəti nəticəsində market qısa bir zamanda müştərilərin rəğbətini qazanmışdır. Müştərilərinə xarici ölkələrdən gətirilmiş yüksək səviyyəli və keyfiyyətli məhsulları təqdim etmək, xidmət göstərmək şirkətin əsas məqsədlərindəndir. Biz hər zaman müştəri məmnuniyyətinin artırılması və xidmət səviyyəsinin yaxşılaşdırılması üçün çalışırıq. Buna görə də biz bütün müştərilərimizin iradlarını dinləyib ən qısa zamanda yaranan problemləri həll etməyə, həmçinin onların təkliflərini müzakirə edib həyata keçirməyə hazırıq. 

“Port Baku Bazar” marketin də daxil olduğu"ANC GROUP" MMC öz əməkdaşlarının maddi və sosial fəaliyyətinin, həmçinin iş şəraitinin yaxşılaşdırılması sahəsində əməli işlər görür, gələcəyə aid planlar hazırlayır və perespektiv vəd edən gənclərə investisiya yatırır.